azerbaycanxeberleritv.az » Manşet » Məşhur futbolçu karyerasını bitirdi
Manşet / İdman / 11-10-2023, 12:14

Məşhur futbolçu karyerasını bitirdi

 

Belçika millisinin və İspaniyanın “Real Madrid” komandasının sabiq yarımmüdafiəçisi Eden Azar peşəkar karyerasını başa vurub.
 
"Azərbaycanxeberleritv.az" xəbər verir ki, ulduz oyunçu 32 yaşında futbolla vidalaşıb. O, qərarını sosial şəbəkə hesabında açıqlayıb.
 
“Doğru zamanda “dur” deməyi bacarmalısınız. 16 illik karyeramdan və oynadığım 700-dən çox matçdan sonra peşəkar karyeramı bitirmək qərarına gəldim”, - deyə E. Azar yazıb.
 
Qeyd edək ki, Son klubu “Real Madrid” olan Eden Azar karyerası ərzində Fransanın “Lill” və İngiltərənin “Çelsi” komandalarında da çıxış edib.

Bizimlə əlaqə saxlayın


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.