azerbaycanxeberleritv.az » Manşet » Şəhid Qumaşov Anar Saleh oğlu haqqında
Manşet / Müharibə / Qan yaddaşı / 10-10-2023, 20:23

Şəhid Qumaşov Anar Saleh oğlu haqqında

Deyirlər ki,atılmış ox,deyilmiş söz yaşanmış ömür bir də geri qayıtmır.Nə edə bilərik ki? Dünya belə qurulub,həyat belə yaşanır. Gerçəklik budur.Budur təbiətin öz qanunudur.İnsan da təbiət qanununlarına tabedir.Təbiət qanunlarını isə nə dəyişdirmək,nə də onun əksinə getmək  mümkündür.Hər kəsə bəlli olan,həyat reallığı budur.İnsandan asılı olan isə yuxarıdakı fikirə uyğun demiş olsaq,atdığı oxu hədəfinə düz vurmalıdır. "Yaxşı fikir ,yaxşı söz yaxşı əməl" prinsipini gözləməlidir.Və nəhayət,insan elə yaşamalıdır ki, ömrünün yaşanmış günlərini xatırlayanda təəssüf hissi keçirməsidir.Aydındır ki,insanın ömrünü şərəfləndirən,həyatına dəyər qatan o ömrün nəyə və necə sərf olunmasıdır.İnsanların yaddaşında xoş xatirələrdə qalmaq,yaşamaq insan xoşbəxtliyinin ali məqamıdır.

Dünya şöhrətli alim Xudu Məmmədov  deyərdi ki,ömür yaşanmış günlərin sayı ilə yox,yadda qalan günlərin sayı ilə ölçülür.

Hər bir qəhrəmanın həyat hekayəsi onun canı,qanı bahasına cəmiyyətə bəxş etdiyi baş ucalığıdır.Ona görə də deyirlər ki,dost istəsən Allah,söhbət istəsən, "Quran", düşmən Nəfs,varlanmaq istəsən qənaət,ibrət istəsən Şəhidlər.

Xalqımıza qarşı torpaq iddeaları ilə çıxış edən erməni seperatçıları və hərbi-siyası  qüvvələrinə qarşı mübarizədə minlərlə  Azərbaycan oğulları canlarını fəda etmişdir.Təkcə İkinci Qarabağ müharibəsində 44 günlük Vətən müharibəsində 3000 nəfərədək igid vətən oğulları torpaqlarımızın düşmən tapdağndan azad edilməsi zamanı şəhidlik  məqamına yüksəlmişdir.Onların fədakarlığı ilə köçkünlərimizin 30 ilədək davam edən yurd-yuva nisgilinə,torpaq vətən həsrətinə son qoyulmuşdur.

Düşmənə laiqli dərs keçdi,igidlərimiz.xocalının qisasını aldı ər oğlu ərlərimiz.Cəmi 44gün ərzində  Ali Baş Komandanın düzgün hərrbi,siyasi və iqtisadi siyasətinin,Ordu xalq birliyinin nələr qadir olduğunu müasir müharibə reallıqları kimi sübut etdi.İlahi çoşan vətən eşqi,qorxmazlıq,cəsarət ruhu coşanda nələrə qadir imiş! İlahi,bu ruh qarşısında illərdir "mənəmməlik" ,edən mənfur qonşularmız olan ermənilər nə qədər aciz,nə qədər,gücsüz, nə qədər  miskin göründü.

Bu qələbə gerçəkliklərini bizə yaşadan,onu xalqımıza  bəxş edən,bu gün müqəddəs vətən torpağını sevərək qoynuna  aldığı,hər gün hər an rəhmət dualarımızla yad etdiyimiz şəhid qəhrəmanlarımız və qazilərimiz olmuşdur.Sağlıqlarını arzuladığımız yaralı əsgərlərimiz olmuşdur.

Əbəs yerə deyilmir ki,müharibə gəncliklə dostdur.Əksəriyuəti gənc idi.Bahar çiçəkləri kimi rəngarəng arzuları gələcəklə bağlı olan idi şəhid qəhrəmanlarımız.

Bu gün də daha bir Şəhidimiz haqqında danışacağıq.

Qumaşov Anar Saleh oğlu 10.10.1997-ci ildə Bakı şəhəri Nizami rayonunda anadan olmuşdu.Əslən Cəbrayıl rayonundandır.

238 nömrəli məktəbin məzunu olmuşdu.Həqiqi hərbi xidmətini Beyləqan rayonunda N saylı hərbi hissədə başa çatdırmışdı.Azərbaycan Ordusunun əsgəri olan Qumaşov Anar 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı,Füzulinin,Cəbrayılın və Xocavənd rayonunda gedən döyüşlərdə iştirak etmişdi. Qumaşov Anar Saleh oğlu 20.10.2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşləri zamanı Şəhidlik zirvəsinə ucalmışdır.

Şəhidimiz Keşlə Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin sərəncamına əsasən  Qumaşov Anar Saleh oğlu ölümündən sonra "Vətən Uğrunda", "Füzulinin azadlığı uğrunda" və  "Xocavəndin azadlığı uğrunda" medalları ilə təltif olunmuşdur.

10.10.2023-cü ildə Şəhid Anar Qumaşovun cənnətdəki mövlud günü idi.Şəhidimizin doğum günündə Azərbaycanxeberləritv.az saytının Baş redaktoru Günel Əmirova və Baş redaktorun müavini Qasımova Qizilgül xanım və onlarla birgə şəhid anaları iştirak etdilər.Şəhidimizin bizə əmanət olan anası Sevda anamızı tək qoymadılar.

Cənnətdəki dəyişilməyən mövludun mübarək Şəhidim!


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.