azerbaycanxeberleritv.az » Manşet » Qarabağda iki nəfər minaya düşdü: ölən var
Manşet / Gündəm / Sosial / Müharibə / 13-10-2023, 10:39

Qarabağda iki nəfər minaya düşdü: ölən var

 

2023-cü il 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

İlkin məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində Qazel markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Famil İlyas oğlu Əbilov həlak olub, Kamaz tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Namaz Nəbadi oğlu Bayramov xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır!



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.