azerbaycanxeberleritv.az » Manşet » Zelenski bundan qorxur, ona görə Brüsselə getdi
Manşet / Siyasət / Dünya / 14-10-2023, 12:08

Zelenski bundan qorxur, ona görə Brüsselə getdi

 

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın diqqətinin İsrailə yönələ biləcəyindən qorxaraq, NATO ölkələri müdafiə nazirlərinin görüşünə şəxsən gedib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə “El Mundo” nəşri yazır.

"Çərşənbə axşamı Zelenski gözlənilmədən NATO müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə getdi", - şərhdə bildirilib.

Nəşr qeyd edib ki, bu cür davranış son vaxtlar Kiyevi bürüyən həddindən artıq narahatlıqdan qaynaqlanır. Belə ki, problem ABŞ-dan gələn həyəcan siqnalları ilə əlaqədardır.

İlk növbədə, ukraynalılar Qəzza zolağında gözlənilən müharibənin təkcə medianın deyil, həm də dünyanın xarici siyasət qurumlarının, xüsusən ABŞ-ın diqqət mərkəzində olacağından qorxurlar.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.