azerbaycanxeberleritv.az » Manşet » DİN-də yeni TƏYİNAT
Manşet / Siyasət / Sosial / 13-10-2023, 12:13

DİN-də yeni TƏYİNAT

Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.

"Azərbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.


Nazirin əmrinə əsasən, Polis polkovnik-leytenantı, Natiq Əliyarov Qazax rayonu Daş Salahlı polis bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. 

Məlumat üçün qeyd edək ki, Polis polkovnik-leytenantı, Natiq Əliyarov, 2005-ci ildən DİO-da xidmət edir. Bir çox vəzifələrdə xidmət edib. Belə ki əvvəllər Gəncə şəhər Baş polis idarəsində ictimai təhlükəsizlik idarəsində inspektor, müstəntiq, baş müstəntiq, əməliyyat müvəkkili, Göyçay və  Qazax RPŞ-də əməliyyat müvəkkili vəzifələrində, sonuncu dəfə Qazax RPŞ-nin şəxsi heyət üzrə rəis müavini vəzifəsində xidmət etmişdir.

 07 oktyabr 2023-cü il tarixdə cənab nazir tərəfindən tutduğu vəzifədən azad edilərək, Qazax rayonu Daş Salahlı polis bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. (dovrunnabzi.az)


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.