azerbaycanxeberleritv.az » Manşet » Əliyev Sərsəngdə Azərbaycan bayrağını ucaltdı - Foto
Manşet / Gündəm / Siyasət / 16-10-2023, 11:23

Əliyev Sərsəngdə Azərbaycan bayrağını ucaltdı - Foto

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Azerbaycanxeberleritv.az xəbər verir ki, sonra dövlətimizin başçısı su anbarının ərazisinə baxıb.

Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli Lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib.

Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası  tikilib


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.