azerbaycanxeberleritv.az » Manşet » Kənani təkzib etdi: İranın müharibəyə girməsi...
Manşet / Siyasət / Dünya / 16-10-2023, 11:52

Kənani təkzib etdi: İranın müharibəyə girməsi...

 

İranın BMT-dəki nümayəndəliyinin HƏMAS-İsrail konflikti ilə bağlı bəyanatı yanlış anlaşılıb.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Nasir Kənani deyib.

“İranın BMT-dəki daimi nümayəndəsinin İsrailin İrana hücum etmədiyi təqdirdə Tehran rejiminin HƏMAS və İsrail arasında müharibəyə qarışmayacağına dair sözləri natamam və qeyri-dəqiq anlaşılıb. İran həmişə HƏMAS-ın dəstəkçisidir”, - o bildirib.

Qeyd edək ki, oktyabrın 15-də İranın BMT-dəki Daimi Nümayəndəliyi “Təl-Əviv İran ərazisinə hücum etmədiyi, Fələstin müqavimət cəbhəsi özünü müdafiə edə bildiyi müddətcə, İsrailin Qəzzada mümkün quru əməliyyatına müdaxilə etməyəcəyək” məzmunlu bəyanat yayıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.