1950-ci il oktyabrın 18-də Xocalı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Qarabağ müharibəsi veteranıdır. «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmişdir. Rus və erməni dillərini bilir. 1973-cü ildən Xocalı kənd orta məktəbində müəllim, direktor müavini, direktor işləmişdir. 1985-ci ildən Xocalı tərəvəzçilik-südçülük sovxozunda partiya təşkilatının katibi, 1987-ci ildən Xocalı İcraiyyə Komitəsinin sədri, 1991–2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Belarus, Bolqarıstan, Ekvador, İsveçrə, Lüksemburq parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 7 övladı var.
Deputatımızın 73 illik yubleyi münasibəti ilə Azərbaycanxeberleritv.az xəbər portalının baş direktoru Jalə Əlövsətqızının və saytımızın əməkdaşları adından Elman müəllimi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir,ona uzun ömür can sağlığı arzu edirik.
Doğum günü təbriki ilə birgə Elman müəllimi Qan Yaddaşımız olan Xocalımızın mənfur düşmən tapdağından azad olunması və insanlığa sığmayan şəhidlik zirvəsinə ucalan bacı və qardaşlarımızın ruhlarının şad olması münasibəti ilə Azərbaycanxeberleritv.az saytının baş direktoru və komandası adından göz aydınlığı veririk.Bu gündən sonra həyatınızda hər an baş verəcək bütün xoş günlərinizi ömrünüzü fəda etdiyiniz Xocalınızda qeyd etməyi arzu edirik.
Doğum gününüz mübarək!