azerbaycanxeberleritv.az » Manşet » Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçildi
Manşet / Regionlar / 11-11-2023, 13:50

Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçildi

 

Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.

Bu barədə Azerbaycanxeberleritv.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.

İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak ediblər.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.