azerbaycanxeberleritv.az » Manşet » Ərdoğan: Qəzza ilə bağlı müsbət siqnallar alırıq
Manşet / Siyasət / 10-11-2023, 13:52

Ərdoğan: Qəzza ilə bağlı müsbət siqnallar alırıq

 

Ankara Qəzza zolağı ilə bağlı diplomatik səylərində bəzi müsbət siqnallar alır.

Azerbyacnxeberleritv.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Atəşkəs üçün ümidimiz olduğuna görə bu tədbirləri keçiririk. Söhbət 2-2,5 milyon əhalisi olan Qəzzadan gedir. İndiyədək burada 11 minə yaxın uşaq, qadın və qoca həlak olub. Bundan əlavə, 25-30 min nəfər yaralanıb. Hazırda bütün nəhəng tikililər dağıdılıb, xarabalığa ora çevrilib. Bu dağıntıların altında vəziyyət necədir? Gələn xəbərlər təbii ki, fəlakətlidir. Bu dağıntıların təmizlənməsi üçün təbii ki, gərgin iş tələb olunacaq. Bizə elə gəlir ki, diplomatik fəaliyyətimizdə müəyyən müsbət siqnallar alırıq”, - Ərdoğan bildirib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.