azerbaycanxeberleritv.az » Manşet » Tanınmış yazıçı Aqil Abbasın 70 illik yubleyi
Manşet / Mədəniyyət / Şou-biznes / 27-11-2023, 21:57

Tanınmış yazıçı Aqil Abbasın 70 illik yubleyi

Aqil Abbas – 70
 
Hörmətli Aqil müəllim!
Sizi-tanınmış yazıçını 70 illik yubileyiniz münasibətilə təbrik edirik.
Siz bədii yaradıcılığa ötən əsrin 70-ci illərində başlamısınız. İlk dəfə 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan “Şirinlik” hekayəsilə oxucuların görüşünə gəlmisiniz. Ədəbi ictimaiyyətin maraqla qarşıladığı hekayələriniz müntəzəm olaraq mətbuata təqdim edilmişdir. 1983-cü ildə “Yazıçı” nəşriyyatının nəşr etdirdiyi “Evləri köndələn yar” kitabınızın da taleyi uğurlu olmuşdur. “Ən xoşbəxt adam”, “Batmanqılınc”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Qiyamət günü”, “Qar üstündə qan çiçəyi”, “Allahı qatil edənlər”, “Saçın ucun hörməzlər”, “Ən uzun dərdli hekayə”, “Dolu” kimi kitablarınız sizə geniş oxucu auditoriyası qazandırmışdır. Əsərləriniz Türkiyədə, İranda işıq üzü görüb. “Dolu” romanınız respublika Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülmüş, bu əsər əsasında film çəkilmişdir. Film “Humay” mükafatı alıb.
      Siz 1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib müəllim kimi əmək fəaliyyətinə başlayıb. “Elm və həyat” jurnalında, “Sovet kəndi” qəzetində şöbə müdiri vəzifəsində işləmisiniz. 1990-cı ildə fəaliyyətə başlayan “Ədalət” qəzetinin baş redaktoru kimi fəaliyyətiniz xüsusi qeyd edilməlidir. Siz fəal ictimai xadimsiniz. 2005-ci ildən dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Ədəbi və ictimai xidmətləriniz yüksək qiymətləndirilmiş, 1988-ci ildə respublikanın komsomol mükafatına, 1993-cü ildə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına, 1993-cü ildə “İlin jurnalisti” mükafatına, 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2012-ci ildə “Şöhrət” ordeninə, 2022-ci ildə Qarabağ mövzusunda əsərlərə görə Azərbaycan Yazıçılar Birliyinin İlyas Əfəndiyev mükafatına layiq görülüb 
Sizi bir daha yubileyiniz münasıbətilə təbrik edir, sizə uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Bizdə Azerbaycanxeberleritv.az saytının rəhbərliyi və komandası adından təbrik edir,uzun ömür can sağlığı arzu edirik.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.