azerbaycanxeberleritv.az » Manşet » Turan adı bəzən kimlərisə qorxudur... - Deputat
Manşet / Gündəm / Siyasət / 2-12-2023, 13:17

Turan adı bəzən kimlərisə qorxudur... - Deputat

 

Turan adı bəzən kimlərisə qorxudur. Amma bu, millətçilik deyil.

Azerbaycanxeberleritv.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunmuş beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün keçirilən bu konfransı zəruri edən çağırışlar var. Millət vəkilinin sözlərinə görə, həm də beynəlxalq aləmdə yaranan reallıqlarla bağlıdır:

“Türkmənçay və Gülüstan müqaviləsindən əvvəl 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsi əslində müəyyən proseslərin başlanğıcı olub”.

H.Babaoğlu söyləyib ki, o dövrdə bir çox ziyalının arzuladığı türk dünyası arasında əməkdaşlıq artıq reallığa çevrilib.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.