Azad Hətəm oğlu Şükürov (Azad Şükür) Ağdamın Muğanlı kəndində anadan olub. Məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən xalq teatrına üzv yazılıb. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1977-1981, Rza Təhmasibin kursu). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb (1981-1984). Daha sonra Tədris Teatrında (1984-1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990-1992), Bakı Bələdiyyə Teatrında (1992-2009) çalışıb. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllimdir. Bir müddət kafedra müdiri olub (2001-2006), hazırda dosentdir. Dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib. “Televiziyada danışıq” proqramı (1990), “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər (1998) və “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlərin (2006) müəllifidir. Ədəbi-dram verilişlərində, dublyajda fəaliyyət göstərir, qiraət ustasıdır. İranda keçirilən I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb (2003). Əməkdar artistdir (2002).
Bizdə komandanımız adından Azad müəllimi səmimi qəlbdən təbrik edirik.Azad müəllimə uzun ömür can sağlığı indən belə yaşayacaq ömrü mənalı və gözəl yaşamağı arzu edirik.
65 illik yubleyiniz mübarək dəyərli sənətkar!