azerbaycanxeberleritv.az » Manşet » Qarabağda daha 79 mina aşkarlandı
Manşet / Gündəm / Siyasət / Regionlar / 20-02-2024, 19:04

Qarabağda daha 79 mina aşkarlandı

 

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.02.2024 - 28.02.2024) açıqlanıb.

ANAMA-dan Azerbaycanxeberleritv.az-a verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanda 33 piyada əleyhinə mina, 46 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 886,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.