Moldova hələlik NATO-ya daxil olmaq məsələsinə baxmaq niyyətində deyil, çünki respublika sakinləri arasında bu ideyaya kifayət qədər dəstək yoxdur.
Azerbaycanxeberleritv.az xəbər verir ki, bunu Moldova xarici işlər naziri Mixay Popşoy bildirib.
“NATO ilə əməkdaşlığa və ya NATO-ya hər hansı üzvlüyə gəlincə, hazırda bu barədə söhbət gedə bilməz, çünki cəmiyyətdə kifayət qədər dəstək yoxdur”, - Popşoy RTVI kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkə sakinlərinin əksəriyyəti NATO-nu “dəhşət hekayəsi” kimi qəbul edir, bu mövzunu geniş müzakirəyə çıxarmaq lazımdır:
"Bütün müsbət və mənfi cəhətləri ilə bağlı azad ictimai müzakirə aparmaq və belə demokratik prosesdə qərar qəbul etmək lazımdır. Ancaq bu, uzun vaxt aparacaq".