azerbaycanxeberleritv.az » Manşet » İran Ermənistanla hərbi əlaqələri genişləndirir – Aştiani
Manşet / Siyasət / Müharibə / Dünya / 14-03-2024, 12:20

İran Ermənistanla hərbi əlaqələri genişləndirir – Aştiani

 

Ermənistan və Qətər də daxil olmaqla, region ölkələrinin səlahiyyətliləri ilə bir sıra müzakirələr və görüşlər keçirilib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu sözləri İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani hərbi əlaqələrlə bağlı mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, müzakirələr müdafiə sektorunda “genişləndirilmiş əməkdaşlığın əsasını yaratmaq üçün nə edilə bilər” mövzusuna yönəlib. O əlavə edib ki, Türkiyə və Rusiya ilə müzakirələrdə də oxşar yanaşma var.

Aştiani son iki ildə İranın hərbi texnika ixracının 4-5 dəfə artırdığını da vurğulayıb.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.