azerbaycanxeberleritv.az » Manşet » Maşının təkəri partladı, ağaca çırpıldı: qardaşlar...
Manşet / Gündəm / Hadisə / 19-03-2024, 13:31

Maşının təkəri partladı, ağaca çırpıldı: qardaşlar...

 

Qaxda qardaşların xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Azerbaycanxeberleritv.az xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, minik avtomobili arxa təkərinin partlaması səbəbindən idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan iki qardaş - rayonun Qaysarlı kənd sakinləri, 1980-ci il təvəllüdlü Zahid Aydın oğlu Kərimov və 1983-cü il təvəllüdlü Natiq Aydın oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.