azerbaycanxeberleritv.az » Manşet » Ağdam rayon İcra başçısı Vaqif Həsənov Heydər Əliyevin 100 illiyi medalı ilə təltif olunub.
Manşet / Gündəm / Regionlar / 19-03-2024, 03:35

Ağdam rayon İcra başçısı Vaqif Həsənov Heydər Əliyevin 100 illiyi medalı ilə təltif olunub.

 

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov "Heydər Əliyevin 100 illiyi(1923-2023)" yubiley medalı ilə təltif edilib
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif Bəhram oğlunun təltif edildiyi "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev tərəfindən RİH başçısına təqdim edilib.
Rayon İcra Hakimiyyətinin başçısı ali təltifə görə Möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlığını ifadə etmiş, bundan sonrakı fəaliyyətində də, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq dövlətimizin və xalqımızın gələcəyi naminə Müzəffər Ali Baş Komandanın etimadını doğrultmağa çalışacağını vurğulamışdır.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.