azerbaycanxeberleritv.az » Manşet » Qurbanovla maraqlanan “Beşiktaş” qərarını verdi
Manşet / Gündəm / İdman / 24-03-2024, 13:28

Qurbanovla maraqlanan “Beşiktaş” qərarını verdi

 

Türkiyənin “Beşiktaş” klubu baş məşqçi ilə bağlı qərarını verib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Portuqaliyalı baş məşqçi Fernandu Santuşun klubdan gedəcəyi müzakirə olunsa da, rəhbərlik mövsümün sonuna qədər gözləmək qərarına gəlib.

Əgər F.Santuş Türkiyə Kubokunu qazanarsa və liqanı 3-cü pillədə başa vurarsa, yeni mövsümdə də vəzifəsinə davam edə biləcək.

Qeyd edək ki, ötən gün “Beşiktaş” klubunun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanması xəbəri yayılmışdı.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.