azerbaycanxeberleritv.az » Manşet » Annanın yaxın qohumu qubernator təyin edilir
Manşet / Gündəm / Siyasət / Dünya / 24-03-2024, 13:31

Annanın yaxın qohumu qubernator təyin edilir

 

Ermənistan Baş naziri Nikol Paşinyan Şirak vilayətinə səfər etmək niyyətindədir və qubernator Muşeq Muradyanı istefaya göndərməyi planlaşdırır.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Paşinyan bu vəzifəyə Vaaqan Mkrtçyanı - arvadı Anna Akopyanın yaxın qohumunu təyin etmək niyyətindədir.

Qeyd edək ki, Muşeq Muradyan bu vəzifəyə 2023-cü ilin yanvarında təyin edilmişdi. Erməni mətbuatı yazır ki, Muradyan dəfələrlə Ermənistan hökumətini sərt tənqid edib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.