


"Azerbaycanxeberleritv.az" SSRİ İdman ustası Qasımov Əllədin Rəşid oğlunu tanıyaq
Qasımov Əllədin Rəşid oğlu 06 oktyabr 1948-ci ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun, Dəmirçi kəndində anadan olmuşdur. Şərur rayonunun 1 nömrəli orta məktəbini bitirmişdir. oxuduğu müddətdə məktəbin bütün idman yarışlarında istirak etmiş, ən qabaqcıl idmançılarından biri olmuş Sərbəst güləş üzrə həm Şərur həmdə Naxçıvan Muxtar Respublikasının Çempionu olmuşdur. Onun tələbəsi olmuş Əsədov Cəmşid İsa oğlunun dediklərinə əsasən Qasımov Ələddinə (ZAÇEP) Ələddin deyirdilər. (ZAÇEP)-ə saldığı idmançı hər zaman məğlub olmalı idi. Futboldada ona (BANİŞEVSKİ) ləqəbi qoymuşdular. Oyunlarda kəllə ilə çox qol vurmağı həmçinin saçının qıvrım olduğuna görə Banişevskiyə bənzədirdilər. Ələddin müəllimin idmana olan həvəsi onu Bədən tərbiyə texnikomunda oxumağa və bu işi davam etdirməyə aparmışdır. Texnikomu bitirdikdən sonra isə o, Naxçıvan Muxtar Respublikasının Şərur rayon Uşaq Gənclər İdman məktəbinin direktoru seçilmişdir. Təkcə bu saydığım idman növləri ilə deyil rayon üzrə Stol üstü tennis, Əltopu və s. idman növləri üzrə çempion olmuşdur. Adı çəkilən idman məktəbində direktor işlədiyi müddətdə qızlardan ibarət "Əl Topu" komandası Muxtar Respublikanın qalibi olmuş, daha sonra Azərbaycan birinciliyində Bürünc mükafata layiq görülmüşlər. Ələddin müəlimin işinə olan həvəsi iş prinsipindən irəli gəlirdi. Çomartıl kəndinin gəncləri Ələddin müəllimin bu uğurlarından həvəsə gəlib və böyük əksəriyyəti Sərbəst güləşlə məşğul olmuşlar. Ələddin müəllim bu sahədə peşəkar idmançılar yetişdirmiş və bunlardan : Cəfərov Cəmil, Əhmədov Cəfər, Əsədov Cəmşid, Bağırov Ayaz, Məmmədov Afəddin, Pənahov Mubariz, İsmayılov Famil, Şəfiyev Mübariz, (Azərbaycan çempionu) İsmayılov Hüseyn, (AZƏRBAYCAN çempionu) Cəfərov Məhərrəm və s... belə bir çox tələbələri sadalaya bilərik. Ələddin müəlimin tələbələri həmişə Azərbaycan üzrə yarışmalarda iştirak etmiş və yüksək nəticələr əldə etmişlər. Ələddin müəllim Naxçıvan Muxtar Respublikasının rayonlararası yarışlarında həmişə çempion olub. 75 kiloqram çəki dərəcəsində Naxçivan Muxtar Respublikasında heç bir idmaçı onu məğlub edə bilməyib. (Ələddin müəllimin tələbəsi) Cəmşid Əsədovun dediklərinə əsasən Ələddin müəllim tək idmançı kimi deyil, çox istedadlı və qayğıkeş müəllim olmuş, bir çox kəndləri gəzərək insanlara maddi və mənəvi dəstək olmuşdur. Bütün kəndlərdə hamı Ələddin müəlimi taniyirdi. Mən belə düşünürəm ki, indi belə idmançılar çox az saydadır. Hazırda Ələddin müəlimin tələbələri Sərbəst Güləş üzrə Naxçıvan Muxtar Respublikasında müəllim işləyir və müxtəlif sahələrdə çalışırlar. Bakıya gəldikdən sonra Əllədin Qasımov Daxili İşlər Nazirliyinin Bayıl ərazisində yerləşən 1 saylı istintaq təcridxanasında işləməyə başlamış və oradan təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra oğlu Qasımov Rəşid atasının bu fəaliyyətindən həvəslənərək Daxili İşlər Nazirliyinin müvafiq şöbəsində işləməyə başlamış və hazırda Ələddin müəllimin yolunu davam etdirir. Ələddin müəllim təqaüdə çıxdıqdan sonra 51 sayli orta məktəbə idman məlimi kimi işləməyə başlamışdır. Ələddin müəllim idman müəllimi olduğu müddətdə, həmin məktəbdə bütün idman növləri üzrə keçirilən məktəblərarası yarışlarda onun şagirdləri daim birinci yerə layiq görülmüşlər, bununla yanaşı həmçinin hərbi idman üzrə yarışlarda da uğurlu nəticələr əldə etmişlər. Ələddin müəllim hər yarışmalara gedərkən maddi imkanı aşağı olan şagirdlərin ödəniş xərclərini öz üzərinə götürmüşdür. Azərbaycan Futbol Federasiyasının keçirdiyi "Məktəblərarası Çempianatı"-nın qalibi Ələdin müəlimin komandası olmuşdur. Ələddin müəllim 22 may 2011-ci il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir. Allah rəhmət eləsin