azerbaycanxeberleritv.az » Manşet » Hava xəbərdarlığı: Yağış, dolu, sel...
Manşet / Gündəm / Hava / 1-07-2024, 14:56

Hava xəbərdarlığı: Yağış, dolu, sel...

 İyulun 2-dən 3-ü axşamadək Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq.


Bu barədə Azerbaycanxeberleritv.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, sözügedən tarixlərdə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.


Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.