azerbaycanxeberleritv.az » Manşet » Qaxda 11 aylıq körpə xəstəxanada öldü
Manşet / Gündəm / Hadisə / 1-07-2024, 14:57

Qaxda 11 aylıq körpə xəstəxanada öldü

 Qax rayonunda 11 aylıq körpə xəstəxanada ölüb.


Azerbaycanxeberleritv.az Report-a istinadla xəbər verir ki, Qax rayon rayonu Qazmalar kənd sakini, 2023-cü il təvəllüdlü Ahu Rahim qızı Nəzərli yüksək hərarətlə Qax Rayon Mərkəzi Xəstəxanasına gətirilib.


Xəstəxanada körpəyə lazımı tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bildirdiyinə görə, körpədə ağciyər və ürək çatışmazlığı olduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.