azerbaycanxeberleritv.az » Manşet » Bu gündən qadınların pensiya yaşı 64 oldu 12 Punto 14 Punto 16 Punto
Manşet / Gündəm / Sosial / 1-07-2024, 14:59

Bu gündən qadınların pensiya yaşı 64 oldu 12 Punto 14 Punto 16 Punto

 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 olacaq.


Azerbaycanxeberleritv.az APA-ya istinadla xəbər verir ki, 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq.


Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.


Xatırladaq ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.