azerbaycanxeberleritv.az » Manşet » 5 dəfə məhkum olunmuş silahlı şəxs saxlanıldı
Manşet / Hadisə / 10-07-2024, 12:00

5 dəfə məhkum olunmuş silahlı şəxs saxlanıldı

 Axtarışda olan Astara rayon sakini 1978-ci il təvəllüdlü Ağayev Qurban Fərhad oğlunun qeydiyyatda olduğu evdə gizlənməsi, mənzilində və üzərində odlu silah, döyüş sursatı olması ilə bağlı polisə məlumat daxil olub. 


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Azerbaycanxeberleritv.az"a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Q.Ağayevin üzərindən "SUR M9" markalı tapança, həmin silaha aid 7 ədəd patron, qeydiyyatda olduğu ünvandan isə ümumilikdə 340 qram metamfetamin və marixuana, 100 ədəd metadon həbi, 1 ədəd qanunsuz saxlanılan ov tüfəngi, həmin silaha aid 8 ədəd patron, əlavə olaraq içərisində 7 ədəd patron olan tapança darağı aşkarlanaraq götürülüb. 



Məhkəmənin qərarı ilə Q.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.