azerbaycanxeberleritv.az » Manşet » Qurban Qurbanov İrlandiya millisinin baş məşqçisi postuna namizəd imiş
Manşet / İdman / 11-07-2024, 15:50

Qurban Qurbanov İrlandiya millisinin baş məşqçisi postuna namizəd imiş

 "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İrlandiya millisinin sükanı arxasına keçməyə namizədlərdən biri olub.


"Azerbaycanxeberleritv.az" xarici mətbuata istinadən xəbər verir ki, İrlandiya Futbol Assosiasiyası baş məşqçi vəzifəsi üçün bir neçə mütəxəssislə maraqlanıb.



Qustavo Poyet, Roy Kin və Heymur Hadlqrimsson kimi məşqçilərin olduğu siyahıda Ağdam klubunun 52 yaşlı çalışdırıcısı da yer alıb.


Qeyd edək ki, İrlandiya Futbol Assosiasiyası sonda H.Hadlqrimssonla müqavilə imzalayıb.




AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.