azerbaycanxeberleritv.az » Manşet » Azestetik Group MMC şirkəti Qarabağ qazilərini Qurban bayramı münasibəti ilə təbrik etdi.
Manşet / Gündəm / Reklam / 28-06-2023, 12:04

Azestetik Group MMC şirkəti Qarabağ qazilərini Qurban bayramı münasibəti ilə təbrik etdi.

https://youtu.be/lzWSp8GiDbk

"Azestetik Group MMC" şirkətinin rəhbər heyətinin təşkil etdiyi Qazilərlə görüş keçirildi.

Tədbirdə iştirak edən şirkətin rəhbər heyəti müharibə iştirakçıları,qazilər və şirkətin əməkdaşları Şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdilər və daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndi.

"Azestetik Group MMC" şirkətinin idarə heyətinin sədri Fariz Məmmədov azərbaycan müsəlmanlarını və qazilərimizi qurban bayramı münasibəti ilə təbrik etdi və 44 günlük Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızın döyüş yollarından danışdı.

Daha sonra şirkətin icraçı direktoru Rəşad Qasımovda azərbaycan xalqını və qazilərimizi bayram münasibəti ilə təbrik etdi.

"Azestetik Group MMC" şirkəti 44 günlük Vətən müharibəsi dövründə Ali Baş komandanımız cənab İlham Əliyevin dəmir yumruğuna söykənərək Ordumuzun yanında olduqlarını çıxışlarında bildirdilər.

"Azestetik Group MMC" şirkətinin baş meneceri Məlik Məmmdovda təbriklərə qoşularaq azərbaycan xalqını və qazilərimizi təbrik etdi və azərbaycan xalqı hər zaman bütün çətinliklərə birgə qalib gələn dövlətini dövlətçiliyini prezidentinə hər zaman dəstək olan güclü xalqdır.

 Daha sonra Müharibə vaxtı Ordumuza həsr olunan video çarx yayımlandı.Video çarxda Malik Məmmədov Ordumuza güvəndiyini azərbaycan xalqının ordumuzun yanında olduğunu və müharibənin qələbə sevinci ilə bitəcəyi ürək sözlərini  ağ kağıza yazaraq arzularını bildirib.

Daha sonra tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri öz çıxışları ilə rəhbər heyətinə təşəkkürlərini bildirdilər və başda şirkətin rəhbər heyəti olmağla bütün əməkdaşları qurban bayramı münasibəti ilə təbrik etdilər.

Sonda "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" ictimai birliyin Səbail rayon şöbəsinin sədri Siyavuş Aslanov çıxış edərək "Azestetik Group MMC" şirkətinim rəhbər heyəti, əməkdaşları və döyüş yoldaşlarını bayram münasibəti ilə səmimi qəlbdən təbrik etdi.

Daha sonra "Azestetik Group MMC" şirkətinin idarə heyətinin sədri Fariz Məmmədovu ictimai birliyin fəxri diplomu ilə təltif etdi.

Tədbirin sonunda rəhbər heyətinin Qarabağ qazilərinə hazırladıqları sovqatlar qazilərimizə təqdim olundu və xatirə şəkilləri çəkildi.

Bizdə saytımız adından "Azestetik Group MMC"şirkətinə dərin təşəkkürümüzü  bildiririk. Qazilərimizə,Şəhid ailələrinə  və müharibə iştirakçılarına  verdikləri dəyərə görə.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.