azerbaycanxeberleritv.az » Manşet » Sabirabadda sanitariya-gigiyena qaydaları təmin olunur - FOTOLAR
Manşet / Gündəm / Sosial / 4-07-2023, 14:07

Sabirabadda sanitariya-gigiyena qaydaları təmin olunur - FOTOLAR

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan gundemxeber.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində yerləşən müxtəlif küçə və prospektlərdə, eləcə də yaşayış binalarının ətraflarında sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə rayon bələdiyyəsinin sədri, mənzil istismar idarəsinin və sanitar təmizlik idarəsinin rəhbərlikləri barəsində RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və aidiyyəti üzrə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.