azerbaycanxeberleritv.az » Manşet » Ağdamda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən Şəhid Mirzəyev Məmməd Hüseyn oğlunun dəfn mərasimi baş tutdu
Manşet / Müharibə / Qan yaddaşı / Regionlar / 17-07-2024, 13:32

Ağdamda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən Şəhid Mirzəyev Məmməd Hüseyn oğlunun dəfn mərasimi baş tutdu

 


 

Ağdamda Birinci Qarabağ müharibəsi zamanı  itkin düşmüş hesab edilən şəhid Mirzəyev Məmməd Hüseyn oğlunun dəfn mərasimi baş tutub 
 
15 iyul 2024-cü il tarixdə Quzanlı qəsəbəsində  Birinci Qarabağ müharibəsi zamanı  itkin düşmüş hesab edilən şəhid Mirzəyev Məmməd Hüseyn oğlunun dəfn mərasimi baş tutub. İlk öncə Ağdam Dövlət Dram Teatrının qarşısında hərbi orkestrin müşayiəti ilə  vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Cənazə namazından sonra şəhid yaylım atəşinin sədaları altında Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb.
1967-ci ildə Ağdam rayonunun Güllücə  kəndində anadan olan Mirzəyev Məmməd Hüseyn oğlu  Birinci Qarabağ müharibəsində Xocavənd  cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1992-ci il fevralın 17-də itkin düşüb.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.