azerbaycanxeberleritv.az » Manşet » Şirvanda intihar edəcəyi barədə məktub yazaraq evdən gedən yeniyetmə axtarılır
Manşet / Hadisə / 20-07-2024, 14:28

Şirvanda intihar edəcəyi barədə məktub yazaraq evdən gedən yeniyetmə axtarılır

 

Şirvanda 14 yaşlı qız evdən gedib.

APA-nın məlumatına görə, Şirvan sakini, 2010-cu il təvəllüdlü Nərgiz Ziyadi evdən çıxıb və geri qayıtmayıb.

Yaxınları onun özünü öldürəcəyi barədə məktub yazdığını deyirlər. Evdən çıxarkən əynində cins şalvar və ağ köynək olub, boyu 150 sm-dir.

Bu barədə polisə də məlumat verilib. Onu görənlərdən "102" xidmətinə, Şirvan Polis Şöbəsinin (02121) 5-14-50, (055) 759-09-59 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.