azerbaycanxeberleritv.az » Manşet » İşğaldan azad olunan ərazilərdə pulemyot, avtomat və qumbaralar tapılıb
Manşet / Cəmiyyət / Regionlar / 20-07-2024, 14:32

İşğaldan azad olunan ərazilərdə pulemyot, avtomat və qumbaralar tapılıb

 

 Polis əməkdaşları 13-19 iyul tarixlərində işğaldan azad olunan ərazilərdə pulemyot, avtomat və qumbaralar aşkarlayıblar.


Bu barədə Azerbaycanxeberleritv.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, həyata keçirilən tədbirlərlə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 25 avtomat silahı, 6 tüfəng, 17 qumbara, 11 alışdırıcı, 39 patron darağı, 1965 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 tapança, 2 patron darağı, 16 ədəd patron, Kəlbəcər rayonu ərazisindən isə 1 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 200 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.