azerbaycanxeberleritv.az » Manşet » 16 nəfərin deputatlığa namizədliyi qeydə alındı
Manşet / Sosial / 22-07-2024, 17:10

16 nəfərin deputatlığa namizədliyi qeydə alındı

 Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1048 nəfər namizəd olmaq üçün müraciət edib.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı deyib.



O qeyd edib ki, 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib: "Onlardan 609 nəfər imza vərəqləri götürüb, 57 nəfər imza vərəqlərini geri qaytarıb, 16 nəfərin namizədliyi qeydə alınıb”.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.