azerbaycanxeberleritv.az » Manşet » Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlərin nəzərinə!
Manşet / Elm-təhsil / 5-07-2024, 17:26

Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlərin nəzərinə!

 İnzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə iyulun 28-də 2024-cü il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər.


Bu barədə "Azerbaycanxeberleritv.az"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.



Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.




AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.