azerbaycanxeberleritv.az » Manşet » Oğuzda azyaşlı yelləncəyə dolanıb öldü
Manşet / Hadisə / Regionlar / 23-07-2024, 11:44

Oğuzda azyaşlı yelləncəyə dolanıb öldü

Oğuzda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.

"Azerbaycanxeberleritv.az”in  məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Yemişənli kəndində baş verib.


Belə ki, həmin kənd sakini, 2013-cü il təvəllüdlü Firuzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və azyaşlı boğularaq ölüb.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.