azerbaycanxeberleritv.az » Manşet » 1,5 milyon litr neft daşıyan tanker batdı
Manşet / İqtisadiyyat / Dünya / 25-07-2024, 12:29

1,5 milyon litr neft daşıyan tanker batdı

 Filippində təxminən 1,5 milyon litr neft daşıyan tanker batıb.


"Azerbaycanxeberleritv.az" xarici KİV-ə istinadən xəbər verir ki, 1,5 milyon litr sənaye yanacağı daşıyan tanker Filippinin Bataan bölgəsi sahillərində çevrilib. 



Ölkənin nəqliyyat naziri Jaime Bautista mövzu ilə bağlı açıqlamalar verib. Bautista bildirib ki, təxminən 1,5 milyon litr sənaye yanacağı daşıyan "MT Terra Nova" tanker gəmisi Bataan bölgəsi sahillərində batıb və 17 ekipajdan 16-sı xilas edilib. 


İtkin düşən şəxsin axtarışlarının davam etdiyini bildirən Bautista, neft sızmasının tanker gəmisinin batması nəticəsində baş verdiyini bildirib. 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.