azerbaycanxeberleritv.az » Manşet » İtkin düşən autizm xəstəsi olan azyaşlı tapıldı (YENİLƏNİB)
Manşet / Hadisə / 25-07-2024, 12:33

İtkin düşən autizm xəstəsi olan azyaşlı tapıldı (YENİLƏNİB)

Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Azerbaycanxeberleritv.az"a verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb.

Azyaşlı ailəsinə təhvil verilib.

Bakının Binəqədi rayonunda autizm xəstəsi olan yeddi yaşlı uşaq itkin düşüb.

"Unikal" xəbər verir ki, Biləcəri qəsəbəsində yaşayan, autizm xəstəliyi olan, 2017-ci il təvəllüdlü Məmmədov Mehman ötən gün yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində araşdırma aparılır.




AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.