azerbaycanxeberleritv.az » Manşet » Albaniya millisi baş məşqçisi ilə müqaviləni uzatdı
Manşet / İdman / 25-07-2024, 12:42

Albaniya millisi baş məşqçisi ilə müqaviləni uzatdı

 Albaniya millisi baş məşqçisi Silvinyo ilə müqavilə müddətini uzadıb.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssis 2025-ci ilin sonuna kimi albanlara rəhbərlik edəcək.



Albaniya millisi braziliyalı çalışdırıcının rəhbərliyi altında Almaniyada keçirilən son Avropa çempionatında iştirak edib. Komanda İspaniya, İtaliya və Xorvatiyanın yer aldığı qrupda 1 xal toplayaraq sonuncu olub.


Qeyd edək ki, Silvinyo 2023-cü ilin yanvarından bu vəzifədə çalışır.




AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.