azerbaycanxeberleritv.az » Manşet » Qaxda 59 yaşlı kişini maşın vurdu
Manşet / Gündəm / Hadisə / 4-08-2024, 12:07

Qaxda 59 yaşlı kişini maşın vurdu

 Qax şəhərində 59 yaşlı kişini avtomobil vurub.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, hadisə avqustun 2-si axşam saatlarında şəhərin N.Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, Nicat Verdiyev "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Okroconaşvili Tengiz Şakroyeviçi vurub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri ala T.Okroconaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.