azerbaycanxeberleritv.az » Manşet » Zəngilanda yanğın oldu
Manşet / Regionlar / 4-08-2024, 14:06

Zəngilanda yanğın oldu

 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zəngilan rayonu, Şəfibəyli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.


Bu barədə “Azerbaycanxeberleritv.az"a FHN-dən bildirilib.



Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində açıq ərazidə ümumilikdə 120 hektar sahədə kol-kos, quru ot, biçilmiş taxıl sahəsi yanıb.


Ətraf ərazilər yanğından mühafizə olunub.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.