azerbaycanxeberleritv.az » Manşet » Paytaxtda 51 yaşlı kişi qətlə YETİRİLDİ - YENİLƏNİB
Manşet / Hadisə / 4-08-2024, 14:40

Paytaxtda 51 yaşlı kişi qətlə YETİRİLDİ - YENİLƏNİB

 Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Nərimanov rayon prokurorluğundan "Azerbsycanxeberleritv.az"a verilən xəbərə görə, araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hikmət Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.