azerbaycanxeberleritv.az » Manşet » Bərdədə narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusu idarə edən sürücü həbs edilib
Manşet / Gündəm / Hadisə / 13-08-2024, 19:36

Bərdədə narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusu idarə edən sürücü həbs edilib

 


 Azerbaycanxeberleritv.az xəbər verir:

Bərdədə narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusu idarə edən sürücü həbs edilib
 
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayondaxili marşrut xətti üzrə idarə etdiyi "Mersedes" markalı mikroavtobusla sərnișindaşıma qaydasını pozduğuna görə sürücü Murad Həsənli saxlanılıb.
 
Araşdırmalarla sürücünün hüququ olmadan avtomobili idarə etdiyi və narkotikin təsiri altında olduğu müəyyən edilib.
 
M.Həsənli barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. 
 
Məhkəmənin qərarına əsasən o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.