azerbaycanxeberleritv.az » Manşet » Qubadlının icra başçısı növbəti səyyar qəbul keçirdi - FOTOLAR
Manşet / Gündəm / Sosial / 18-10-2024, 21:54

Qubadlının icra başçısı növbəti səyyar qəbul keçirdi - FOTOLAR

 Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 18 oktyabr 2024-cü il tarixdə, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Qubadlı rayon Cəlal Həşimov adına Mərdanlı kənd tam orta məktəbdə keçirildi.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi. 



Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. 


Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.