azerbaycanxeberleritv.az » Manşet » Azərbaycanın strateji valyuta ehtiyatının məbləği AÇIQLANDI
Manşet / İqtisadiyyat / 18-10-2024, 22:02

Azərbaycanın strateji valyuta ehtiyatının məbləği AÇIQLANDI

 Azərbaycanın strateji valyuta ehtiyatı 73 milyard 493.4 milyon dollara yüksəlib. Bu isə tarixi maksimum göstəricidir.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, son açıqlanan rəqəmlərə görə, strateji valyuta ehtiyatlarının 61 milyard 697.6 milyon ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatlarıdır. Bunun 11 milyard 795.8 milyon dollarını isə son dövrlər artmaqda davam edən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları təşkil edir.



Qeyd edək ki, ilin əvvəlindən strateji valyuta ehtiyatları 8.6 faiz və ya 5 milyard 810.7 milyon dollar artıb


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.