azerbaycanxeberleritv.az » Siyasət » Nazir NATO nümayəndəsi ilə sülh prosesini müzakirə etdi
Siyasət / Dünya / 10-07-2024, 11:52

Nazir NATO nümayəndəsi ilə sülh prosesini müzakirə etdi

 Vaşinqtonda işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb. 


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, görüşdə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən enerji təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib.



Ermənistan-Azərbaycan sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəmdə olub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.