Gürcüstanın müxalif “Mtavari Arkhi” telekanalı yaxın vaxtlarda yayımını tamamilə dayandıracaq.
"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə “Axali” siyasi partiyasının təsisçisi və lideri Nika Qvaramiya məlumat yayıb.
"Mtavari Arxi" maliyyə çətinlikləri ilə əlaqədar fevralın 15-dən xəbər proqramları və əyləncəli tok-şouların yayımını dayandırıb.Telekanal yalnız teleseriallar və köhnə yazıları nümayiş etdirməyə davam edib. Eyni zamanda "Mtavari Arkhi" saytı gündəlik xəbərlər dərc edib.