azerbaycanxeberleritv.az » Gündəm » Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
Gündəm / Dünya / 22-04-2025, 15:00

Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab

Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan siyasi ambisiyalarının olmadığını bildirib.

O, bu barədə TASS-a müsahibəsində danışıb.

Jurnalistin “Nə vaxtsa Türkiyə lideri olmaq ehtimalını nəzərdən keçirmisinizmi? Bu xüsusda hansısa siyasi ambisiyalarınız varmı?” sualına cavab verən B.Ərdoğan deyib: “Siyasi ambisiyalarım yoxdur. Bu barədə mənə tez-tez sual ünvanlayırlar, lakin qeyri-hökumət sektorunda qalmaq, vətəndaş cəmiyyəti ilə işləmək istəyirəm”.

Onun sözlərinə görə, vaxtının çoxunu təhsil layihələrinə - məktəb, universitet, təqaüd proqramları və akademik mükafatlara həsr edir: “Öz arzularını reallaşdıra bilmələri üçün ən istedadlı və parlaq gəncləri dəstəkləyirəm. Həmçinin mədəniyyətin dirçəldilməsi, irsin qorunub saxlanılması üzərində işləyirəm. Həyatımı məhz buna həsr etmək istəyərdim”.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.