azerbaycanxeberleritv.az » Gündəm » Putinin oğulları ilk dəfə görüntüləndi
Gündəm / Dünya / 23-04-2025, 13:30

Putinin oğulları ilk dəfə görüntüləndi

Putinin oğulları ilk dəfə görüntüləndi

Rusiya prezidenti Vladimir Putinin sevgilisi, gimnast Alina Kabayevadan olan oğulları ilk dəfə görüntülənib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki,Rusiya teleqram kanalları 10 yaşlı İvan və 4 yaşlı Vladimirin fotosunu yayımlayıb.

Dərc olunan fotolarda uşaqların Putinə oxşarlığı diqqət çəkib. Azyaşlıların görüntüləri dünya mediasında maraqla qarşılanıb.

Qeyd edək ki, 72 yaşlı Putin və 41 yaşlı keçmiş gimnast Alina Kabayevanın münasibəti illərdir mediada müzakirə mövzusudur. 2013-cü ildə 30 illik həyat yoldaşı Lüdmiladan boşandığını açıqlayan Rusiya lideri iki oğlunun olması ilə bağlı iddialardan heç vaxt danışmayıb. Şəxsi həyatından danışmağı sevməyən Putin müsahibəsində “Mən balacalarımla nağıl filmlərinə baxmağı xoşlayıram” deyərək, Rusiya mətbuatında Putinin iki azyaşlı oğlundan danışdığına dair şərhlər yer alıb. Kabayeva və iki oğlu Rusiyada yaşamır.

Putinin oğulları ilk dəfə görüntüləndi

Putinin oğulları ilk dəfə görüntüləndi

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.