azerbaycanxeberleritv.az » Gündəm » Kreml sülh üçün şərtini açıqladı
Gündəm / Dünya / 24-04-2025, 10:00

Kreml sülh üçün şərtini açıqladı

Kreml sülh üçün şərtini açıqladı

Ukrayna ilə sülhün əldə olunması üçün Ukrayna qoşunlarının Rusiyanın tərkibinə daxil olan Donbass və Novorossiya vilayətlərinin ərazilərindən çıxarılması zəruridir.

"Azerbaycanxeberleritv.az" TASS-a istinadən xəbər verir ki, bunu Fransanın “Le Point” jurnalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əgər Ukrayna öz qoşunlarını bu dörd regiondan çıxarsa, bəli, münaqişə bitəcək”, - Peskov qeyd edib.

O, xatırladıb ki, bu regionlar Rusiya Federasiyasının Konstitusiyasında onun tərkib hissələri kimi təsbit olunub. Peskov həmçinin qeyd edib ki, hazırda bu rayonların bəzi əraziləri hələ də Kiyev rejimi tərəfindən işğal olunub.

"Referendumlar nəticəsində bu ərazilər Rusiya Federasiyasının inzibati sərhədlərinə daxil edilib. Bizim nöqteyi-nəzərimizdən bu, həm de-yure, həm də de-fakto vəziyyətdir", - Peskov bildirib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.