azerbaycanxeberleritv.az » Gündəm » Rusiya hərəkətə keçdi, Paşinyan devrilir: Görün yerinə kimi gətirirlər - FOTO
Gündəm / Dünya / 25-04-2025, 12:30

Rusiya hərəkətə keçdi, Paşinyan devrilir: Görün yerinə kimi gətirirlər - FOTO

Rusiya hərəkətə keçdi, Paşinyan devrilir: Görün yerinə kimi gətirirlər - FOTO


Xaricdəki erməni icmaları da Ermənistanda baş verənlərdən narahatdırlar və onlar da müxtəlif geosiyasi mərkəzlərdə Ermənistana gəlib rol oynaya, hökumət qura biləcək siyasi və ictimai xadimlər axtarırlar.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə “Hraparak” mənbələrinə istinadən yazıb. Bildirilir ki, Rusiyanın hakim dairələri də Ermənistanın daxili siyasi həyatında "stavka" edə biləcək şəxs axtarırlar. Buna uyğun olaraq müxtəlif çevrələrdə müxtəlif adlar müzakirə olunur.

Məsələn, Artur Canibekyanın adı çəkilir. Son vaxtlar Vanadzordan olan 36 yaşlı rusiyalı politoloq Henrik Sardaryanın adı bəzi akademik dairələrdə müzakirə olunur. O, 15 yaşında Moskva MDBMİ-yə daxil olub, 2010-cu ildə oranı bitirib, hazırda siyasi elmlər doktoru, Hərbi Elmlər Akademiyasının müxbir üzvü, MDBMİ-nin İdarəetmə və Siyasət fakültəsinin dekanıdır. 2020-ci ildə BMT-nin Dövlət İdarəçilik üzrə Ekspert Komitəsində Rusiyanın nümayəndəsi təyin edilib.

Rusiya hərəkətə keçdi, Paşinyan devrilir: Görün yerinə kimi gətirirlər - FOTO


O, həm də Rusiya Federasiyası İctimai Palatasının üzvüdür və mütəmadi olaraq Rusiya televiziya kanallarında siyasi tok-şoularda iştirak edir. Onun kifayət qədər millətçi baxışları var, uzun müddət Rusiyada yaşamasına baxmayaraq, millətçi erməni hesab olunur. Rusiyanın bəzi dairələri onun karyerasını vətəni Ermənistanda davam etdirəcəyini istisna etmir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.