
"Ermənistan müqaviləni pozarsa, Aİİ üzv dövlətlərinin maraqlarını qorumaq üçün beynəlxalq hüquqi sənədlərə malikdir".
"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Ağasandyan deyib.
"Əgər buna baxmayaraq, İrəvan Aİİ qanunvericiliyinə zidd addımlar atsa, bizdə ittifaqa üzv olan digər dövlətlərin maraqlarını qorumaq üçün lazımi beynəlxalq-hüquqi mexanizmlər var", - deyə o bildirib.
Diplomat qeyd edib ki, Ermənistan heç vaxt nə açıq, nə də ikitərəfli təmaslar zamanı müqavilədən çıxmaq niyyətini bəyan etməyib: "Əksinə, ittifaq daxilində danışıqlarda fəal iştirak edir ki, bu da onun Avrasiya inteqrasiyasının inkişafında maraqlı olmasından xəbər verir. Respublika Aİİ-dən çıxacağı təqdirdə Avropa İttifaqı Ermənistan iqtisadiyyatına dəyəcək qaçılmaz itkiləri kompensasiya edə bilməz.
Rusiya tərəfi erməni tərəfdaşları ilə təmaslar zamanı Aİİ və Aİ-yə eyni vaxtda üzvlüyün qeyri-mümkünlüyünü qaydaların uyğunsuzluğu ilə izah edir və İrəvan Aİİ-də iştirakın həm üstünlüklərini, həm də çıxmağın nəticələrini dərk edir".